lat. sanctio – pozulmaz qərar
Maliyyə-təsərrüfat fəaliyyətində nöqsanlara yol verdiyinə, media qanunvericiliyinin tələblərini pozduğuna görə dövlət orqanları və səlahiyyətli şəxslər tərəfindən kütləvi informasiya vasitələrinə qarşı tətbiq edilən təsir tədbiri, pul şəklində cərimə.
Jurnalistika terminləri lüğətiDövlət büdcəsindən, hökumət orqanları, beynəlxalq təşkilatlar və ya özəl qurumlar, fondlar tərəfindən hər hansı təsərrüfat subyektinə (jurnalistlər birliyi və s.), yaxud fiziki şəxsə (jurnalist və s.) onların inkişafı, ictimai əhəmiyyətə malik layihələrinin həyata keçirilməsi üçün qaytarmamaq şərti ilə ayrılan vəsait.
See also:
Jurnalistika terminləri lüğətilat. manipulatio, manipulus – ovuc
1. Əllə icra edilən mürəkkəb əməliyyat, fənd.
2. Auditoriyanı çaşdırmaq, vəziyyəti öz xeyrinə dəyişmək üçün hansısa hiyləyə əl atmaq, insanlara yanlış fikir və dəyərlər təlqin etmək.
İctimai M. – mediada və digər ictimai çıxışlarda məsələnin mahiyyətini təhrif etməklə əhalini aldatmaq deməkdir. İctimai M. (yaxud ictimai rəylə M.) son nəticədə insanların iradəsini qırmaq, gizli üsullarla onların şüuruna təsir göstərməklə davranışlarını proqramlaşdırmaq məqsədi güdür.
Jurnalistika terminləri lüğətiQərar qəbuletmə prosesində insanın şəxsi maraqlarının onun çalışdığı təşkilatın maraqlarına, yaxud ictimai maraqlara ziyan vurduğu, yaxud vura biləcəyi şərait.
Məsələn, jurnalistin redaksiyadan kənar maliyyə öhdəliklərinin, habelə kənar şəxslər tərəfindən mükafatlandırılmasının onun peşə vəzifəsini layiqincə yerinə yetirməsinə mane olduğu hallarda M.M. yaranır.
See also:
Jurnalistika terminləri lüğətiing. marketing – əmtəə bazarında hərəkət, fəaliyyət
Bazarın hərtərəfli tədqiqi əsasında istehsalat və satışın idarə olunması; bazarın öyrənilməsi üzrə tədbirlər sistemi.
Jurnalistikada M.-in məqsədi istehlakçı tələbatına fəal təsir göstərmək, məhsul istehsalını və gəliri artırmaq, satışı stimullaşdırmaqdır. Media M.-inin əsas funksiyaları auditoriyanın tələbatını, qiymətləri öyrənmək, proqnozlaşdırmaq və fomalaşdırmaq, istehsalı bazar şəraitinə uyğunlaşdırmaq, yeni məhsul növlərini, satış əməliyyatlarını planlaşdırmaq, reklam işini, yayımı düzgün qurmaq və genişləndirməkdir.
See also:
Jurnalistika terminləri lüğətilat. communicatio, communicare – ümumi etmək, ünsiyyətdə olmaq
Marketinq kompleksinin mühüm elementi kimi məhsul haqqında informasiyanın geniş auditoriyaya çatdırılması prosesi.
M.K.-nın məqsədi alıcılarla, vasitəçilərlə, bazar fəaliyyətinin digər iştirakçıları ilə qarşılıqlı əlaqənin qurulması, həmçinin tələbatın formalaşdırılması və satışın stimullaşdırılmasıdır. M.K.-nın reklam, piar (pablik rileyşnz, ictimaiyyətlə əlaqələr), brendinq, pablisiti, sponsorluq, satışdan sonrakı xidmət, hədiyyə kampaniyasının təşkili, satış mərkəzlərinin xüsusi tərtibatı kimi çoxsaylı növləri və alətləri var.
See also:
Jurnalistika terminləri lüğətiing. mass – kütlə, çoxlu, kütləvi + lat. medium – ara, vasitəçi
1. İnformasiyanı qısa müddətdə və mərkəzləşdirilmiş surətdə geniş auditoriyaya çatdıran qəzet, jurnal, radio, televiziya, internet və bu kimi kommunikasiya vasitələri və texnologiyalarının məcmusu.
2. Kütləvi informasiya vasitələrinin ümumiləşdirilmiş beynəlxalq adı.
Jurnalistika terminləri lüğətilat. matrix, matrics – anac, ilkin mənbə, başlanğıc
1. Üzərində oyma, yaxud basma üsulu ilə hərflərin, işarələrin dərin izi açılmış metal təbəqə, qəlib. □ Bu qəliblərdən tökmə mətbəə şriftlərinin hazırlanması üçün istifadə olunur.
2. Üzərində çap qəlibinin relyefli izi basılmış karton, qurğuşun, digər plastik materialdan təbəqə.
Bu təbəqələrdə orijinal mətnlərin və şəkillərin əksi saxlanılır, təkrar nəşrlər zamanı onlardan çap forması kimi istifadə olunur.
3. İncəsənət əsərlərinin və texnikanın, o cümlədən kompüter avadanlığının detallarının kütləvi istehsalında istifadə olunan model, ştamp, şablon.
Misal: «Film həm də ona görə «Matrisa» adlanır ki, burada virtual aləm bizim real həyatımızı əks etdirir, insanlar eyni zavoddan çıxan detallar kimi bir şablona salınırlar» (Cozef Vedon, televiziya prodüseri).
4. Hər hansı prosesin yaranması və inkişaf etməsi üçün zəruri olan mədəni, ictimai, siyasi, ideoloji mühit.
Misal: «Multilateralizm – Avropa Birliyinin ideoloji matrisasıdır» (e-ir.info).
Jurnalistika terminləri lüğətiMəcazi mənada: televizor, televiziya ekranı. Uzun müddət televizorların əsasını «kineskop» deyilən elektron-şüa qurğusu təşkil edib.
Hər hansı səbəbdən təsvir itəndə kineskop qara ekranı sadəcə işıqlandırır, maviyəçalan rəngə boyayırdı. Xüsusilə yayımın ilk illərində televiziya siqnalı tez-tez kəsilirdi və belə hallar çox olurdu. Sonralar çatışmazlıqlar aradan qaldırıldı, kineskoplu televizorlar plazma və maye kristal ekranlarla əvəz olundu, lakin M.E. adı qaldı.
Jurnalistika terminləri lüğəti