Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

internet

lat. inter – qarşılıqlı, birgə + ing. network – şəbəkə

Standartlaşdırılmış protokollardan istifadə edərək geniş in­formasiya və kommunikasiya xidmətləri ­gös­tərən qlobal kompüter şəbəkəsi.

İ. mə­­­­­lumat mənbəyini və onun isteh­lak­çı­larını vahid informasiya məkanında bir­ləş­di­rir. İ.-də bütün məlumatlar növündən ası­lı olmayaraq (mətn, səs, foto, video və s.) rəqəmsal formatda verilir. Bu texno­logiya ARPAnet layihəsi çərçivəsində ABŞ Mü­dafiə Nazirliyində yaradılıb və ilk dəfə 1969-cu ilin oktyabrında iki kompüter şə­bəkəsi arasında rabitə seansı keçirilib. Əv­vəllər hərbi, inzibati və elmi mərkəzlərdə tətbiq edilən İ. tədricən açıq istifadəyə ve­rilib və dünya informasiya mühitində çev­riliş yaradıb. Özü ayrıca kütləvi informasiya vasitəsi olan İ. digər KİV-in inkişafı üçün də geniş imkanlar açıb, yeni media məh­sul­larının və strukturlarının forma­laş­ma­sına səbəb olub. Azərbaycanda İ.-in is­ti­fadəsinə 1993-cü ildən başlanıb, ilk sayt 1994-cü ildə Azərbaycan Elmlər Aka­de­miyasında yaradılıb.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti