1. Rabitə sistemində məlumatların ötürülməsi üçün istifadə edilən maddi informasiya daşıyıcısı.
Daşıyıcı rolunu informasiyanın xüsusiyyətlərinə uyğun olaraq parametrləri dəyişə bilən istənilən fiziki proses (işıq, səs, elektromaqnit dalğaları və s.) oynaya bilər. Televiziya və radio yayımında informasiyanın ötürülməsi üçün analoq və rəqəmsal S.-lardan istifadə olunur.
2. Hər hansı məlumatı, komandanı və s.-ni uzaqdan çatdırmaq üçün şərtləndirilmiş işarələr sistemi.
3. Hər hansı təşkilatın, yaxud şəxsin yol verdiyi qanun pozuntuları haqqında redaksiyaya daxil olmuş ilkin məlumat.
Jurnalistika terminləri lüğəti