lat. radium – şüa, şüalandırmaq
1. İnformasiyanın elektromaqnit dalğaları vasitəsilə müəyyən məsafəyə naqilsiz ötürülməsi və qəbul edilməsi üsulu.
2. Səslərin radioelektron qurğularla uzaq məsafəyə ötürülməsi ilə əlaqədar elm, texnika və mədəniyyət sahəsi, sənət növü.
R. bir sıra digər sənət sahələrinin xüsusiyyətlərini özündə birləşdirir, musiqi ilə sıx bağlıdır. İnformasiyanın ən kütləvi yayım vasitələrindən biri olan R. eyni zamanda elmi idarəetmədə, texnikada, təbabətdə, istehsalatda, kosmosda və s.-də geniş tətbiq olunur. R.-nun tarixi XIX əsrin sonlarından başlanır. Azərbaycanda isə müntəzəm R. yayımının əsası 1926-cı ildə qoyulub.
3. Bax: radio jurnalistikası.
Həmçinin bax: