Cəmiyyətin sabitliyi, əmin-amanlığı, təhlükəsizliyi və dayanıqlı inkişafı, dövlət idarəçiliyində aşkarlığın təmin olunması ilə bağlı ayrı-ayrılıqda hər kəsin, bütövlükdə ictimaiyyətin bilgiləndirilməsini zəruri edən meyar.
Bu çox mürəkkəb, qanunlarda «ümumi maraqlar», «cəmiyyətin maraqları» şəklində ifadə olunan terminə insanların informasiya əldə etmək hüququ baxımından verilən tərifdir. Ümumi, yəni ictimai maraqların uzlaşdırılması və təmin edilməsi ictimai yayım xidmətinin fəaliyyət prinsiplərindən biridir. Azərbaycanın Konstitusiya Məhkəməsinin 2012-ci ildə verdiyi qərara görə, İ.M. demokratik, hüquqi dövlətin qəti və son məqsədini təşkil edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti