Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

auditoriya

lat. auditorium – dinləmək üçün yer

1. Kütləvi informasiya vasitəsi məh­su­lunun, yaxud konkret infor­ma­si­yanın ün­vanlandığı toplum.

Teleradio ya­yımçısı fə­a­liyyətə başlayarkən nəzərdə tutduğu A.-nı öz proqram konsepsiyasına daxil edir və bu, dövlət tərəfindən ona verilən lisenzi­ya­da (xüsusi razılıqda) əksini tapır.

2. Kon­kret kütləvi informasiya v­a­sitəsinin oxu­­­cu­larının, tamaşaçılarının, yaxud din­lə­yi­ci­lərinin ümu­mi dairəsi.

Bununla ya­naşı, ayrı-ayrı in­forma­siya­ların, reklam mü­ra­ciətlərinin, te­le­viziya və radio verilişlərinin fərqli A.-ları da ola bilər. Hər KİV öz A.-sının kəmiyyət və keyfiyyət göstəriciləri əsasında xarakterizə edilir, reklamçılar mediada si­fariş yerləş­dirərkən, ilk növbədə, bu gös­tə­riciləri nəzərə alırlar. A.-nın öyrə­nilməsi media tədqi­qat­larının ən mühüm istiqa­mətlərindən birini təşkil edir.

3. Bir qrup insan qarşısında çıxış üçün zal, otaq, habelə bu çıxışı dinlə­yən­lərin cəmi.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti