Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

orijinal

lat. originalis – ilkin

1. Hər hansı əsərin ilkin nüsxəsi, əsli.

2. Özünəməxsus, başqalarına oxşamayan, yaxud başqalarını təqlid etməyən.

3. Yeni və müstəqil yara­dı­cılıq məhsulu olan, yeni düşüncə və ­ya­naş­ma tərzinə malik.

Yaradıcılıq, o cüm­lədən jurnalistika sahəsi ilə əlaqəli hər üç izahdan görünür ki, O.-lığın əsas xü­su­siyyətləri ilkinlik, əsillik, özünə­məx­sus­luq və yenilikdir. Müxtəlif dillərdə bu xüsusiy­yətlərdən biri digərinə nisbətən qabardılır; məsələn, Oksford (İngiltərə) və Merriam-Webster (ABŞ) lüğətlərində «ilkinlik», «Böyük ensiklopediya lüğəti»ndə (Rusiya) «əsillik», Türk Dil Qurumunun izahında «özü­nəməxsusluq» önə çıxarılır. Azər­bay­canın Müəllif Hüquqları Agent­liyinin ver­diyi izaha görə isə «müəl­liflik hüququnda «yeni» və «orijinal» sino­nimlərdir, əks halda plagiat yaranır… orijinal = təkrar edilə bilməz = unikal». Belə fərqlər bir sıra hallarda anlaşılmazlığa, müəlliflik hüquq­larına dair qanun­verici­lik­də, məhkəmə proseslərində mübahisələrə səbəb olur. XX əsrin əvvəllərindən etibarən Avropa məh­kəmələrində yayılmış təcrü­bəyə görə, əsərin O. olub-olmadığı müəy­yənləş­dirilər­kən hər şeydən əvvəl onun ilkinliyi, ­yeniliyi deyil, müəllifin həmin əsə­rin yara­dıl­ma­sına sərf etdiyi əməyin və bacarığın də­rə­cəsi qiymətləndirilir. Belə işlərdən bi­rində («Volter Leynə qarşı») İngiltərə məh­kə­məsi qərar qəbul edib ki, hətta ictimai xadimin şifahi çıxışı əsasında repor­tyorun hazırladığı hesabat da O. əsər­dir, çünki eşitdiklərini ətraflı, sürətlə və səhvsiz qə­ləmə almaq üçün jurnalistə bö­yük səy göstərmək, bacarıq və peşə­karlıq gərəkdir.

Jurnalistika terminləri lüğəti