1. Bax: qonorar.
2. Kütləvi informasiya vasitəsi əməkdaşının hər hansı sahədə xidmətlərini, uğurunu qeyd etmək üçün ona verilən pul və ya başqa qiymətli hədiyyə.
Jurnalistlərin kimlər tərəfindən, hansı məbləğdə M.-landırıla biləcəyinə dair qanunvericilikdə məhdudiyyətlər olmur. Lakin peşə etikası kodekslərinin əksəriyyəti buna ciddi nəzarət edir. Adətən, kodekslərdə professional birliklər və bəzi başqa təşkilatlar istisna olmaqla hər hansı qurumdan, kənar şəxsdən peşə fəaliyyəti ilə əlaqədar M. almaq KİV əməkdaşlarına qadağan edilir, bunun jurnalistlərin müstəqilliyinə və tərəfsizliyinə xələl gətirdiyi göstərilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti