yun. tele – uzaqdan + lat. visio – baxıram
1. Təsvirin elektrik naqilləri və ya radiorabitə vasitəsilə uzaq məsafəyə verilməsi və qəbul edilməsi.
2. Təsvirlərin radioelektron qurğularla uzaq məsafəyə verilməsi ilə əlaqədar elm, texnika və mədəniyyət sahəsi, sənət növü.
T. sənəti kino, teatr, estrada və s. sahələrin xüsusiyyətlərini özündə birləşdirir, habelə ədəbiyyat və musiqi ilə sıx bağlıdır. T. informasiyanın ən kütləvi yayım vasitələrindən biridir, eyni zamanda o, elmi idarəetmədə, texnikada, təbabətdə, istehsalatda, kosmosda və s.-də geniş tətbiq olunur. Tarixdə ilk televiziya stansiyası 1928-ci ildə Çikaqoda (ABŞ) efirə çıxıb. Azərbaycan televiziyasının tarixi isə 1956-cı ildən başlayır.
3. Bax: televiziya jurnalistikası.
See also: