Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

işarə

İnformasiyanın əldə olunması, emalı və saxlanması, habelə kommunikasiya pro­sesində hər hansı anlayışın, predmetin, hadisənin maddi əvəzləyicisi; məzmunu ifadə edən, müəyyən məna daşıyan sim­vol.

İ.-lər sadə (məsələn: hərf) və mü­rəkkəb (məsələn: hərflərdən ibarət söz) ola bilər. Hərflər – səslərin, sözlərin, sözlər isə dilin İ.-ləridir. İfadə forması ilə mənası arasında əsaslı əlaqə olmayan İ.-lər şərti, belə əlaqə aşkar nəzərə çarpan İ.-lər isə ikonik (təsviri) adlanır. Sözlər ən geniş ya­yılmış şərti, rəsm və fotoşəkillər isə ikonik İ.-lərə misaldır. Əlamətlər, nişanələr, izlər, bədən hərəkətləri (him-cim), siqnallar və s. də İ. rolunu oynaya bilər. İ. haqqında elmə semiotika deyilir.

Jurnalistika terminləri lüğəti