Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

yayım

1. Səsli və görüntülü proqramların elektromaqnit dalğaları ilə açıq, yaxud kodlaşdırılmış şəkildə müəyyən məsafəyə ötürülməsi prosesi.

Y. peyk, kabel və ya yerüstü texniki qurğular vasitəsilə həyata keçirilə, ötürülən proqramlar isə xüsusi cihazlarla istənilən sayda tamaşaçı və din­lə­yici tərəfindən qəbul edilə bilər. Y. əhatə dairəsinə görə daxili (öz ölkəsinin əhalisi üçün) və xarici (başqa ölkələrin əhalisi üçün), texniki əlamətinə görə efir Y.-ı, naqil Y.-ı (kabel televiziyası, radio translyasiya şəbəkəsi) kimi qruplara bölünür.

2. Çap məhsul­la­rının (qəzet, jurnal və s.) isteh­lakçıya çat­dı­rılması prosesi.

Y. pullu və pulsuz olur, abunə ilə, satış vasitəsilə, paylanma, poçt­la göndərmə və s. üsullarla redaksiya, naşir tərəfindən, yaxud onların yayıcı ilə bağla­dığı müqavilə əsasında hə­yata keçirilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti