ing. publicity – ictimailik, aşkarlıq
Mediada ardıcıl çıxışlar və reklamların köməyi ilə hər hansı məsələnin ictimailəşdirilməsi, auditoriyanın diqqətinin müəyyən şəxsə, məhsula, təşkilatın fəaliyyətinə yönəldilməsi.
P. – pablik rileyşnzin istiqamətlərindən biridir, faktik olaraq onun birbaşa ünsiyyət olmadan həyata keçirilən formalarının (KİV materialları, küçə reklamları və s.) toplusudur. P.-nin əsas məqsədi şəxsin, təşkilatın, brendin tanıdılması, populyarlaşdırılmasıdır.
Jurnalistika terminləri lüğəti