lat. spondeo – zamin dururam
1. Teleradio yayımı fəaliyyəti ilə məşğul olmayan, adının, ticarət markasının tanınması, imicinin yüksəlməsi məqsədilə ayrılıqda bir verilişi və ya proqramı maliyyələşdirən fiziki, yaxud hüquqi şəxs.
S.-un yardımı ilə hazırlanmış verilişin əvvəlində və sonunda firma nişanını göstərməklə, titrlər və ya diktor mətni vasitəsilə bu barədə açıq informasiya verilməlidir. Xəbər buraxılışı və siyasi informasiya proqramı S.-un maliyyə dəstəyi ilə hazırlana bilməz.
2. Çap kütləvi informasiya vasitələrinin istehsalı və ya yayımını adının, ticarət markasının tanınması, imicinin yüksəlməsi məqsədilə maliyyələşdirən fiziki, yaxud hüquqi şəxs.
S.-un maliyyə yardımı ilə hazırlanmış mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri yalnız mətbu nəşrin ayrı-ayrı saylarının S.-u ola bilərlər.
3. Mədəni-kütləvi, digər tədbirlərin təşkili və keçirilməsi üçün könüllü maliyyə vəsaiti, maddi vəsaitlər ayıran, habelə ayrılmasını təmin edən, pulsuz xidmətlər göstərən hüquqi, yaxud fiziki şəxs.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti