Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

aparıcı

Teleradio verilişinin hazırlan­ma­sında efirəqədərki yaradıcılıq prosesinin iştirakçısı olan və onu efirdə auditoriyaya təq­dim edən jurnalist.

A. verilişin kom­po­nentlərini əlaqələndirir, yeri gəldikdə izahat verir, öz əlavələrini bildirir, mikrofon qar­şısında söhbətin gedişini nizamlayır, diskussiyaya moderatorluq edir. A.-nın ­diktordan əsas fərqi onun həm verilişin ha­zırlanması, həm də efirdə auditoriyaya təqdim edil­məsi zamanı məsələlərə fəal müdaxilə sə­lahiyyətinə malik olma­sında­dır. Verilişin re­daktoru, həmçinin xüsusi dəvət edilmiş mütəxəssis və ya publisist də A.-lıq edə bilər.

Jurnalistika terminləri lüğəti