Reklam
Reklam

Forum

Salam, qayınata və qayınana sözlərinin tələffüzünü yazıldığı kimi vermisiniz, bu sözün tələffüzündə dəyişiklik baş verib ki? Çox yerdə bu sözün tələffüzü [qaynata],[qaynana] şəklindədir. İndi biz hansına güvənək? Cavablandırsanız sevinərəm.
avatar
Bu tələffüz norması heç bir orfoepik qayda ilə tənzimlənmir. Qaydaya görə “qayın” sözünə mənsubiyyət şəkilçisi artırdıqda həm yazılışda, həm də tələffüzdə səsdüşümü baş verir. Bu sözlərdə isə “qayın” mürəkkəb söz... details
Axtarışa məsələn Ç hərfi verirəm və məsəllər deyimlər seçirəm,açma ç hərfinə aid bütün məsəlləri göstərmir
avatar
Başqa məsəllər bilirsinizsə, yaza bilərsiniz. details
salam, app-də lüğətlər bölməsində lüğətlərin siyahısı görsənsə də heç birinə girib baxmaq olmur.
avatar
Salam, baxılacaq. details
salam ağız sözü omonimdir inəyin ilk südü mənasına gəlir orada yox idi qeyd etmək istədim.
avatar
Dialektoloji lüğətdə bu məna verilib. details
Maraton nə deməkdir
avatar
Maraton türk dilindədir. İngilis dilində Marathon kimi yazılır. Biz bu sözü rus dilindən götürdüyümüz üçün Marafon kimi yazır və tələffüz edirik. details
Salam. Əyan sözü omonim kimi qeyd edilib. Halbuki əyan sözü deyilişinə görə fərqlənir. [ə:yan] və [əyan] sözlərin düzgün tələffüz formasıdır. Zəhmət olmasa araşdırıb düzəliş edin.
avatar
Qeydə görə təşəkkür edirik. Doğrudan da bu söz omonim deyil omoqrafdır. details
Salam. Yolüstü zərfin hansı məna növüdür
avatar
Kontekstdən asılıdır. Daha çox zaman zərfi: Yolüstü (evə qayıdanda) aptekə girdim. details
Salam bu proqram Windows da,Microsoft Storeye gelecek?
avatar
Salam, yaxın zamanda nəzərdə tutulmur. details
Bir daha salam, hər vaxtınız xeyir. Zəhmət olmasa saytın əvvəlki versiyasındakı "açar sözlər üzrə axtarış" funksiyasını yenidən bərpa edin, ona ehtiyac çoxdur. Bu yeni versiyada bir sözü axtaranda həmin sözün digər mətnlərin içində (məsələn, başqa sözün izahında göstərilən nümunələrdə) işləndiyi yerləri göstərmir, bu da bəzi sözlərin işlənmə yerləri barədə dəqiqləşdirmə etmək istəyənlər üçün problemdir. Həmin funksiyanın yenidən işə salınması Sizin işinizə nə maneçilik törədir ki, israrla ona ehə də böyük ehtiyacın olmadığını deyirsiniz? Onun aktiv olması şəxsən mənim işimə çox yarayır, yəqin ki, bu saytdan əvvəldən istifadə edənlərin də işinə çox yarayıb.
avatar
Salam, fikriniz üçün çox sağolun. Yəqin ki, yaxın zamanda həll olunacaq. details
Salam. Deyəsən, daha açar sözlə axtarış etmək olmur (ya da yerini dəyişmisiniz), amma məncə sayt üçün çox yararlı xüsusiyyət idi. Xahiş edirə, mümkündürsə, onu qaytararsınız.
avatar
Salam, fikriniz üçün çox sağolun. Yəqin ki, yaxın zamanda həll olunacaq. details
Salam. İzahlı lüğətdə "duyğulanmaq" sözü yoxdur, amma "emosional" sözü "tez duyğulanan" kimi izah edilib. Yaxşı, bəs oxucu hardan bilsin ki, "duyğulanmaq" nə deməkdir? Belə nümunələrin sayı onlarladır, sözün özü izahlı lüğətə salınmayıb, lakin başqa söz lüğətə salınmamış həmin sözlə izah edilib. Qarşımıza çıxdıqca bunları qeyd edək, Siz daxil edin lüğətə, bəlkə nisbətən təkmilləşdirildi bu izahlı lüğət. Yoxsa işi görməli olanlara qalsa, çətin düzələ!
avatar
Tamamilə düzgün qeyddir. Lüğət yalnız sizin kimi təəssübkeş istifadəçilərin hesabına təkmilləşə bilər. details
Salam,iosda niyə yükləmək olmur,heç adı belə gəlmir appstorda
avatar
aaa details
Mən app storedan azleksi yükləyə bilmirəm,iosda yazanda app çıxmır,nə vaxtsa yükləmək olacaq yaxın zamanda?
avatar
Yaxın günlərdə aktiv olacaq. details
Salam. Mobil tətbiqiniz appstoreda qarşıma çıxmır. Səbəb nədir?
avatar
Salam, tədbiq appstorda mövcuddur. details
Türkcədə roka adlanan bitkinin Azərbaycan türkcəsində adı nədir?
avatar
Səhv etmirəmsə, "aruqula"-dır. details