Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

reklam

lat. reclamare – qışqırmaq

İs­tehlakçıların diqqətini hər hansı obyektə cəlb etmək və onların bu obyektə ma­rağını, tələbatını formalaşdırmaq, habelə əmtəəni bazarda tanıtmaq, mal və xid­mət­lərin satışını stimullaşdırmaq məqsədilə yayımlanan məlumat.

R. fəaliyyətində qanunla qadağan edilməyən üsul və ­va­sitələrdən istifadə olunmalı, başqa əmtə­ə­lərin bazar nüfuzuna xələl gə­ti­ril­mə­məli, insanların həyat və sağlamlığına, icti­mai təhlükəsizliyə və s.-yə ziyan vura biləcək ça­ğırışlara, dövlət rəmzlərinin və atribut­la­rının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti