1. Məqalənin, əsərin, həmçinin onun müstəqil tərkib hissələrindən hər birinin adı.
B., bir qayda olaraq, əsas mətnin əvvəlində daha böyük və daha qalın şriftlə yığılmış söz, ifadə, yaxud cümlədən ibarət olur. Nominativ (adlandırma) funksiya ilə yanaşı, o, çox zaman həm də kommunikativ (əsərin məğzinin, başlıca tezisinin əks etdirilməsi) və reklam (oxucunun cəlb olunması) funksiyalarını yerinə yetirir, mühüm dizayn elementi kimi çıxış edir.
2. Çap KİV səhifəsinin yuxarı hissəsində onun adını, nömrəsini və s.-ni bildirən məlumatlardan, habelə həmin məlumatları əsas mətndən ayıran xətdən ibarət kompleks.
3. Televiziya və ya radio verilişinin konkret buraxılışının adı, xəbərin əsas mahiyyətini əks etdirən, bilavasitə onun əvvəlində və (və ya) sonunda oxunan cümlə.
Parlaq B. tamaşaçı auditoriyasını maraqlandırmaq, onu süjeti izləməyə dəvət etmək baxımından həlledici amillərdən biridir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti