fr. journal – gündəlik, qəzet < lat. diurnalis, diurnale – gündəlik xəbər
Əsasən, təhlil xarakterli materialların, publisistik yazıların, nisbətən irihəcmli məqalələrin dərc olunduğu dövri nəşr.
J.-lar arasında ixtisaslaşmış nəşrlər üstünlük təşkil edir, adətən, onlar qəzetlərdən illüstrasiyalarının bolluğu, formatlarının kiçikliyi ilə fərqlənir. J.-ların dövriliyi də nisbətən aşağı olur. Ümumiyyətlə isə
J.-ları dövriliyinə (həftəlik, aylıq, rüblük), məzmununa (ictimai-siyasi, ədəbi-bədii, elmi-kütləvi, peşə-ixtisas və s.), oxucu kateqoriyasına (uşaqlar, gənclər, qadınlar və s.), digər əlamətlərinə görə qruplaşdırırlar. Tarixdə ilk J. 1665-ci ildə Fransada işıq üzü görmüş Journal des Savants elmi nəşri hesab olunur.