Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

maneə

Yayımın gözlənilmədən pozulması, elektrik siqnallarının axını zamanı əngəl­lərin yaranması.

Yayım zamanı siqnala kə­nardan, yaxud daxildən hər hansı müda­xilə M.-yə səbəb ola bilər.

Jurnalistika terminləri lüğəti

manera

fr. maniere – üsul, üslub

1. Kamera qarşısında davranış tərzi; məs.: efir M.-sı.

2. Müəllifin, aparıcının, rejissorun yaradıcılıq üsullarının məcmusu, fərdi üslub xüsusiyyətləri; məs.: yazı M.-sı.

Jurnalistika terminləri lüğəti

maliyyə sanksiyası

lat. sanctio – pozulmaz qərar

Maliyyə-təsərrüfat fəaliy­yə­tində nöqsanlara yol verdiyinə, media qanunvericiliyinin tələblərini pozduğuna görə dövlət orqanları və səlahiyyətli şəxs­lər tərəfindən kütləvi informasiya vasitələrinə qarşı tətbiq edilən təsir tədbiri, pul şək­lin­də cərimə.

Jurnalistika terminləri lüğəti

manipulyasiya

lat. manipulatio, manipulus – ovuc

1. Əllə icra edilən mürəkkəb əməliyyat, fənd.

2. Auditoriyanı çaşdır­maq, vəziyyəti öz xeyrinə dəyişmək üçün hansısa hiyləyə əl atmaq, insanlara yanlış fikir və dəyərlər təlqin etmək.

İctimai M. – mediada və digər ictimai çıxışlarda mə­sələnin mahiyyətini təhrif etməklə əhalini aldatmaq deməkdir. İctimai M. (yaxud ictimai rəylə M.) son nəticədə insanların iradəsini qırmaq, gizli üsullarla onların şüuruna təsir göstərməklə  davranışlarını  proqram­laşdır­maq məqsədi güdür.

Jurnalistika terminləri lüğəti

manşet

fr. manchette – hərfi mənada: ­qat­­lanan, irəli çıxan

1. Qəzetin ön səhifəsində ən vacib xəbər üçün ayrılmış yer.

2. Qəzetin ön səhifəsinə çıxarılaraq ­xüsusi təqdimatla verilən, diqqəti cəlb edən yazı, başlıq.

Jurnalistika terminləri lüğəti

maraqlar münaqişəsi

Qərar qəbuletmə prosesində insanın şəxsi maraqlarının onun ça­lışdığı təşkilatın maraqlarına, ya­xud ictimai maraqlara ziyan vurduğu, yaxud vura biləcəyi şərait.

Məsələn, jurnalistin redaksiyadan kənar maliyyə ­öh­dəliklərinin, habelə kənar şəxslər tə­rə­findən müka­fat­landırılmasının onun peşə vəzifəsini layi­qincə yerinə yetir­məsinə mane olduğu hallarda M.M. yaranır.

See also:

Jurnalistika terminləri lüğəti

marketinq

ing. marketing – əmtəə baza­rın­da hərəkət, fəaliyyət

Bazarın hər­tərəfli tədqiqi əsasında istehsalat və satışın idarə olunması; bazarın öyrənilməsi üzrə təd­bir­lər sistemi.

Jurnalistikada M.-in məq­sədi istehlakçı tələbatına fəal təsir göstərmək, məhsul istehsalını və gəliri artırmaq, satışı stimullaşdırmaqdır. Media M.-inin əsas funk­siyaları auditoriyanın tələ­batını, qiymətləri öyrənmək, proq­noz­laş­dırmaq və foma­laş­dırmaq, istehsalı ba­zar şəraitinə uyğun­laşdırmaq, yeni məhsul növlərini, satış əməliyyatlarını plan­laş­dırmaq, reklam işini, yayımı düzgün qurmaq və geniş­ləndir­mək­dir.

See also:

Jurnalistika terminləri lüğəti

marketinq kommunikasiyası

lat. communicatio, communicare – ümumi etmək, ünsiyyətdə olmaq

Marketinq komplek­si­nin mühüm elementi kimi məhsul haq­qında informasiyanın geniş auditoriyaya çatdırılması prosesi.

M.K.-nın məqsədi alıcılarla, vasitəçilərlə, bazar fəaliyyətinin digər iştirakçıları ilə qarşılıqlı əlaqənin qu­rulması, həmçinin tələbatın formalaş­dırılması və satışın stimullaşdırılmasıdır. M.K.-nın reklam, piar (pablik rileyşnz, icti­maiyyətlə əlaqələr), brendinq, pablisiti, sponsorluq, satışdan sonrakı xidmət, hə­diyyə kampaniyasının təşkili, satış mər­kəz­lərinin xüsusi tərtibatı kimi çoxsaylı növləri və alətləri var.

See also:

Jurnalistika terminləri lüğəti

mass media

ing. mass – kütlə, çoxlu, ­küt­ləvi + lat. medium – ara, vasitəçi

1. İnformasiyanı qısa müddətdə və mər­kəz­ləş­dirilmiş surətdə geniş auditoriyaya çatdıran qəzet, jurnal, radio, televiziya, internet və bu kimi kommunikasiya vasitələri və texnologiyalarının məcmusu.

2. Kütləvi informasiya vasitələrinin ümu­miləşdirilmiş beynəlxalq adı.

Jurnalistika terminləri lüğəti

master klass

ing. masterclass – usta sinfi, ustalıq dərsi

Təcrübəli peşəkarın öz baca­rıqlarını tələbələrə, gənc həm­kar­la­rına ötürmək üçün verdiyi dərs; qısa­müd­dətli ustad kursları.

See also:

Jurnalistika terminləri lüğəti

matrisa

lat. matrix, matrics – anac, ilkin mənbə, başlanğıc

1. Üzərində oyma, yaxud basma üsulu ilə hərflərin, işarələrin dərin izi açılmış metal təbəqə, qəlib. □ Bu qəliblərdən tökmə mətbəə şriftlərinin ha­zır­lanması üçün istifadə olunur. 

2. Üzə­rində çap qəlibinin relyefli izi basılmış karton, qurğuşun, digər plastik materialdan tə­bə­qə.

Bu təbəqələrdə orijinal mətnlərin və şəkillərin əksi saxlanılır, tək­rar nəşrlər za­manı onlardan çap forması kimi istifadə ­olunur.

3. İncəsənət əsər­lərinin və tex­ni­kanın, o cümlədən kompüter avadanlığının detallarının kütləvi istehsalında istifadə ­olunan model, ştamp, şablon.

Misal: «Film həm də ona görə «Matrisa» adlanır ki, burada virtual aləm bizim real həyatımızı əks etdirir, insanlar eyni zavoddan çıxan detallar kimi bir şablona sa­lı­nırlar» (Cozef Vedon, televiziya pro­düseri).

4. Hər hansı prosesin yaran­ması və inkişaf etməsi üçün zəruri olan mədəni, ictimai, siyasi, ideoloji mühit.

Mi­sal: «Multilateralizm – Av­ropa Birliyinin ideoloji matrisasıdır» (e-ir.info).

Jurnalistika terminləri lüğəti