Ədəbiyyat və incəsənətdə gerçəkliyin ideya-estetik inikasının əsas prinsip və üsulları.
Bədii metodun müəyyənləşdirilməsində sənətkarın həyata münasibətinin, onu bədii obrazlar vasitəsilə əks etdirməsinin tipi və üsulu əsas rol oynayır. Üslubla metod arasında bağlılıq var, lakin bu bədii-estetik kateqoriyaları fərqləndirmək lazım gəlir. Üslub bədii ifadə və təsvir vasitələrini ifadə etdiyi halda, metod sənətkarın məfkurə, ideya-bədii konsepsiyasının əsaslarını ifadə edir. Metod üslub üçün təyinedicidir. Bədii metodun iki tipi mövcuddur: romantizm və realizm.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏdəbiyyat və incəsənətdə həyat hadisələrini tipik bədii obrazlarla əks etdirmək üsulu.
Bədii ümumiləşdirmə öz təcəssümünü surətlərdə tapır. Ümumiləşdirmə baxımından diqqəti daha çox cəlb edən surət tip adlanır. Tip tipikləşdirmə yolu ilə yaradılır; yazıçı müşahidə etdiyi hər bir hadisəni olduğu kimi qələmə almaqla kifayətlənmir. Həyatda baş verən hadisələrdə, həmçinin müxtəlif insanlarda olan oxşarlıqları seçir və bir şəxsin timsalında ümumiləşdirir. C.Məmmədquluzadənin Şeyx Nəsrullah, Ə.Haqverdiyevin Mirzə Səfər, N.Vəzirovun Fəxrəddin surətləri ümumiləşdirilmiş obrazlardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii təfəkkürün ifadəsi olan obrazlı, emosional nitq forması.
Bədii üslub sənətkarın yaradıcılığına və ya ayrıca bir əsərə xas ideya-bədii və dil xüsusiyyətlərinin məcmusudur. Bura yazıçının söz ehtiyatı (leksikonu), istifadə etdiyi məcaz və üslubi fiqurlar, gerçəkliyin inikası üsulları, yaradıcılıq tərzi, müraciət etdiyi mövzular, yaratdığı tipik xarakterlər və s. aiddir. Yazıçının üslubu onun yaradıcılığının inkişaf etdiyi ictimai-tarixi şəraitlə sıx əlaqədə müəyyənləşir. Bədii üslubun əsas cəhəti obrazlılıqdır. Obrazlılıq müxtəlif səviyyələrdə özünü göstərir: 1) fonetik səviyyədə obrazlılıq (alliterasiya, assonans, səs və heca təkrarları, intonasiya); 2) leksik səviyyədə obrazlılıq (epitet, təşbeh, mübaliğə, antiteza, metafor və s.); 3) qrammatik səviyyədə obrazlılıq (inversiya, ellipsis, sözlərin, müxtəlif söz birləşməsi və cümlə tiplərinin təkrarı və s.). Obrazlılığın fonetik, leksik və qrammatik səviyyədə təzahürləri bir-biri ilə sıx bağlıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii əsərlərdə estetik məziyyətin yüksək təzahürü, sənətdə gözəllik, incəlik, obrazlılıq.
Bədiilik əsərin məzmun və formasının ahəngdar vəhdətindən doğur. Bədii təsvir və ifadə vasitələrinin uyğunluğu, daxilən təşkil edilməsi, əsərin kamil bədii dildə olması bədiiliyi yaradan amillərdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏruz vəzninin müxtəlif təfilələri əsasında yaranan ritmik ölçü.
Bəhrlər müxtəlif təfilələrin misralarda müvafiq şəkildə təkrar edilməsindən yaranır. Məsələn, həzəc bəhri məfAİlün təfiləsinin hər misrada dörd dəfə – bir qısa, üç uzun hecadan ibarət olan təkrarından yaranır. Təfilələri təşkil edən uzun və qısa hecaların sayını, yaxud yerini dəyişməklə bəhrlərin müxtəlif növlərini yaratmaq olur. Ərəb poeziyasında əruzun on doqquz bəhri var. Professor Əkrəm Cəfərin araşdırmalarına görə, klassik Azərbaycan poeziyasında bu növlərdən on ikisi istifadə edilib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏruz və ya heca vəznində daxili qafiyə ilə yazılmış, formaca nəsri xatırladan mənzum əsər.
Həcmcə bir-iki səhifədən artıq olmur. Ədəbiyyatımızda bəhri-təvilin ən gözəl nümunələrini M.Ə.Sabir yaradıb: Ey fələk, zülmün əyandır, bu necə dövri-zəmandır ki, işim ahü-fəğandır, məni yandırma, amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, necə əhli-qələmlər buraxıb canıma qəmlər. Rüfət Əhmədzadə, Rüfət Zəbioğlu, Baba Pünhan kimi satirik şairlərimizin də yaradıcılığında bəhri-təvil nümunələrinə təsadüf edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti1) Sözün mənalı və gözəl olması, yerinə, məqamına görə işlənməsi, qulaq asanlara münasib olması.
Bu cür danışmağı bacaranlara keçmişdə bəliğ deyilib. Orta əsrlər Şərq filologiyasında bəlağət üç fəndən ibarət xüsusi elm olub. Bu fənlər məani, bəyan və bədi fənləridir. Məani sözün yerinə görə, məqamında işlənməsindən, bəyan mənanın bir-birindən daha aydın bir neçə şəkildə ifadəsindən, bədi isə aydın işlənmiş sözün bəzəkli dona salınmasından, poetik fiqurlarla ifadəsindən bəhs edir.
2) Boş, mənasız fikirlərin süni coşqunluq və pafoslu cümlələrlə ifadə edilməsi.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞeirin iki və daha artıq misradan ibarət olan, vəzn, qafiyə və məzmun baxımından bitkin hissəsi.
Bəndin müəyyən misraları bir-biri ilə həmqafiyə olur. Bəndlər şəklində olan şeir janrlarına həm əruz, həm də heca vəznində rast gəlmək mümkündür. Aşıq yaradıcılığında olan bütün şeir janrları bəndlər şəklindədir. Bu şeirlərin sabit qafiyə quruluşu var. Bəndlərə əsaslanan şeir şəkilləri bunlardır: müsəlləs (üçlük), bayatı, rübai, tuyuq (birbəndli dördlüklər), qoşma, gəraylı, təcnis, mürəbbe (çoxbəndli dördlüklər), müxəmməs, təxmis (beşlik), müsəddəs (altılıq), müsəbbe (yeddilik), müsəmmən (səkkizlik), mütəssa (doqquzluq), müəşşər (onluq).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti