Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

müsәbbe

Klassik Şәrq vә Azәrbaycan poeziyasındakı şeir şәkillәrindən biri; yeddilik.

Müsəbbenin hәr bәndi 7 mis­radan ibarәtdir. Birinci bәndin bütün misraları öz aralarında qafiyәlәnir, qalan bәndlәrin ilk altı misrası öz aralarında, so­nuncu misrası isә birinci bәndlә hәmqafiyә olur: a.a.a.a.a.a.a, b.b.b.b.b.b.a, c.c.c.c.c.c.a və s. Müsəbbe janrı ədəbiy­yatı­mızda geniş yayılmayıb.

Ey dil, düşübsən eşqə əgər, bu, bəla deyil. 
Eşq öylə bir mərəz ki, bəşərdən cüda deyil. 
Yarın cəfası aşiqə gərçi cəfa deyil, 
Amma vəfasızın da ədası əda deyil. 
Gül xar ilə bahəmdisə, bu bir xəta deyil,
Fikr etsəm əgər ki, həqiqi aşina deyil, 
Bu heç əhli-eşqə yaraşan müddəa deyil. 
                             ***
Aşiqliyin aləmdə nəyə nisbəti vardır? 
Aşiq olanın məşuquna minnəti vardır. 
Məşuq da sevərsə, əcaba, qiyməti vardır, 
Tanrı yazısın yazmış əgər, qisməti vardır. 
Əğyar, Sona, gəlsə də, nə hacəti vardır? 
Aləm bilir ki, başqa cürə niyyəti vardır. 
Amma bu da eşqə yaraşan müddəa deyil.  (Sona Xəyal)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti