lat. realis – olduğu kimi, həqiqi
Ədәbiyyat vә incәsәnәtdә həyat hadisələrinin olduğu kimi təsvir edilməsini nəzərdə tutan bədii metod.
İstənilən bədii əsərdə iki element özünü göstərir: real həyatda mövcud olan obyektivlik, müəllif yanaşması və ifadə tərzi ilə ortaya çıxan subyektivlik. Hәyat hadisәlərini seçmәk, qiymәtlәndirmәk vә tipik hadisəlәr kimi tәqdim etmәk sәnәtkarın hәmin hadisәlərә hansı nöqteyi-nәzәrdәn yanaşması ilә bağlıdır. Realizm üçün obyektivlik əsasdır; müəllif mövqeyi heç bir halda onu təhrif etməməlidir. Burada fakt və hadisələrin ideallara uyğun deyil, real təsviri tələb olunur. Realizm müxtәlif dövrlәrdә, müxtəlif xalqların ədəbiyyatında yeni və fərqli keyfiyyətlər kəsb edib. O, әdəbiyyatda yeni әdəbi formaların, xüsusilə roman və dramın, eləcə də satiranın daha da inkişaf etmәsində mühüm rol oynayıb. D.Defo “Robinzon Kruzo” әsәri ilə ingilis realist romanının bünövrәsini qoyub. Ədəbiyyatımızda realizm bədii yaradıcılıq metodu olaraq XVIII əsrdən M.P.Vaqif yaradıcılığı ilə başlayıb. XIX əsrin ortalarında M.F.Axundzadənin şəxsində maarifçi realizm cərəyanı yaranıb. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Nəzmi və M.Möcüzün timsalında tənqidi realizm yaranıb.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti