fr. assonance – səslərin uyğunluğu
Ardıcıl sıralanan sözlərdə eyni və ya yaxın saitlərin bir-birini izləməsi, təkrarı; məs.: kor-kor, gör-gör.
Atalar sözü və məsəllərdə assonansa tez-tez rast gəlmək olar; məs.: Asta vur, usta vur. Qız yükü, duz yükü. Açıq ağız ac qalmaz. Ucundan tutub ucuzluğa getmək. Assonans bədii nitqin ahəngdarlığına xidmət edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti