Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tәşbeh

Məcazın növlərindən biri: əşya və ya hadisənin müəy­yən bir əlamətə görə daha qüvvətli bir əşya və ya hadisəyə oxşadılması; bənzətmə.

“Təşbeh” ərəb sözü olub mənası “oxşatmaq, bənzətmək” deməkdir. Burada bənzədilən əlamət və obyekt fikrin bədii təsir gücünü artırır: Gah yalquzaq kimi ulayır külək, / Gah da quzu kimi yatır, dincəlir (S.Vurğun). Nümunədə “yalquzaq kimi ulayır”, “quzu kimi yatır, dincəlir” ifadələri təşbehdir. Təşbehin əsasını müqayisə təşkil edir. Bu mü­qa­yisədə fərqlilik deyil, oxşarlıq axtarılır. Təşbeh, əsasən, aşa­ğıdakı ünsürlər əsasında yaradılır: 1) bənzəyən – külək, 2) bənzədilən – yalquzaq, 3) bənzətmə qoşması – kimi, 4) bənzətmə əlamətləri – ulayır, yatır, dincəlir. 2-ci və 3-cü ünsürlər təşbehi metafordan fərqləndirən əsas elementlərdir. Təşbeh iki növə ayrılır: müfəssəl təşbeh, mükəmməl təşbeh.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti