Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mürәbbe

ər. – dördlük

Orta әsrlәr Şәrq әdәbiyyatında lirik şeir şәkillәrindәn biri; çoxbəndli dördlük.

Qafiyə quruluşu qoşmada olduğu kimidir: a.a.a.a, b.b.b.a, c.c.c.a, ç.ç.ç.a və s. Əksər hallarda birinci bəndin son misrası sonrakı bəndlərin son misrası kimi işlənir; məsələn:

Hasilim bərgi-həvadisdən məlamət dağıdır, (a) 

Məsnədim kuyi-məlamətdə fəna torpağıdır. (a) 

Zar könlüm təndə zindani-bəla dustağıdır, (a) 

Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır! (a) 

                                      ***

Dövr cövründən tənü canimdə rahət qalmadı, (b)

Surəti-halimdə asari-fərağət qalmadı, (b) 

Möhnətü-qəm çəkməyə minbəd taqət qalmadı, (b) 

Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır! (a)  (M.Füzuli)

Ədəbiyyatımızda başqa cür qafiyələnən dördlüklər də möv­cuddur. Әsasәn, lirik sәciyyә daşıyan, zәrifliyi, musiqililiyi ilә seçilən mürәbbe әsrimizin әvvәllәrindә, xüsusәn M.Ə.Sabir yaradıcılığında ictimai mәzmun vә satirik ifadə tərzi ilə zәnginlәşib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti