Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

inversiya

lat. inversio – çevirmə, yerdəyişmə

Cümlə üzv­lə­rinin düzgün sırasının pozulması.

Mübtəda cümlənin əvvəlində, xəbər sonunda işlənir. Tamamlıq və zərflik xəbər­dən əvvəl gəlir. Təyin isə aid olduğu üzvün əvvəlində işlənir. Bu ardıcıllıq pozularsa, inversiya yaranmış olur; məs.: Ged­i­rəm mən bu gün rayona. Bu cümlədə cümlə üzvlərinin düz­gün ardıcıllığını bərpa etsək, “Mən bu gün rayona ge­di­rəm” olar. Söz və ifadələrin inversiya yolu ilə yerdəyişməsi bədii dili daha güclü və təsirli edir. Bundan daha çox poe­ziyada ritmqafiyə yaratmaq məqsədilə istifadə olunur.

İnsan qalıb özü ilə qarşı-qarşıya,

Ağıl qalıb xeyir ilə şər arasında. (M.Araz)

Müqayisə et: İnsan özü ilə qarşı-qarşıya qalıb. Ağıl xeyir ilə şər arasında qalıb.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti