Bədii nitqdə cavabı tələb olunmayan və ya soruşanın özü tərəfindən cavablandırılan sual; bədii sual.
R.S.-ın kifayət qədər müəyyənləşdirilmiş, hamıya məlum cavabı olur, buna görə də R.S., əslində, sual şəklində ifadə olunmuş təsdiqdir. Bədii sual əsərdə fikri qüvvətli şəkildə çatdırmağa xidmət edən vasitələrdən biridir.
Hanı məni gül qoynunda doğuran?
Məzarımda laylay balam çağıran? (A.İldırım)
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? (M.Füzuli)
Bəzi hallarda R.S.-dan oxucu və ya dinləyicinin fikrini deyiləcək fikrə yönəltmək üçün istifadə olunur. Bu zaman müəllif qoyduğu suala özü cavab verir; məsələn: İblis nədir? – Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? – İblis. (H.Cavid)
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti