Hər hansı dövrün, sosial təbəqənin, insan xarakterinin əsas xüsusiyyətlərini özündə birləşdirən ədəbi qəhrəman, surət; ümumiləşdirilmiş obraz.
Bədii əsərlərdə yaradılan bir çox obrazların əsasında real həyatdan götürülmüş konkret şəxslər (prototiplər) dayanır. Lakin müəllif onların xarakterindəki əsas cəhətləri qabartmaqla, olmayanları əlavə etməklə dövrünün tipik obrazlarını yaradır. Məsələn, M.Y.Lermontovun yaratdığı “artıq adam” (Peçorin), Turgenevin yaratdığı nihilist (Bazarov) surətləri həmin dövrün ümumiləşdirilmiş obrazlarıdır. Azərbaycan ədəbiyyatından bu cür obrazlara xeyli misal gətirmək olar: Hacı Qara (M.F.Axundzadə) – xəsis tacir tipi, Mirzə Səfər (Ə.Haqverdiyev) – namuslu insan tipi, Cahandar ağa (İ.Şıxlı) – ortodoksal bəy tipi və b. Tip əsərin ideyasının daha dərindən açılmasına xidmət edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti