Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

portret

Ədəbi əsərdə personajın xarakterini daha dərindən açmaq məqsədilə onun xarici görkəminin təsviri.

P.-də surətin boyu, görkəmi, üz cizgiləri, geyimi, mimika və jestləri təsvir oluna bilir. Məsələn, C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” əsərində Xudayar bəyin sözlə portretini çəkərək onun bütün eybəcərliyini oxucuya çatdıra bilib: “Xudayar bəyin ancaq otuz yeddi, otuz səkkiz sinni olar; artıq olmaz, bəlkə, əskik ola. Boyu ucadı, çox ucadı. Bunun ucalığından ötrü keçən vaxtda Xudayar bəyə bir ayama deyərdilər. Amma mən söz verdim ki, onun keçəcəyindən danışmayam. Qorxuram yalançı olam. Bəli, boyu ucadı, saqqalı, qaşları tünd-qaradı. Üzü də qaradı, çox qaradı. Gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində”. P. obraz barədə oxucuda rəğbət və ya nifrət, müsbət və ya mənfi münasibət yaradır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti