Klassik türk poeziyasında dördmisralıq şeir növü.
“Tuyuq” sözü “duymaq” sözündəndir. Hikmətamiz məzmun daşıyan bu şeirlər daha çox əruz vəzninin rəməl bəhrində yazılıb. Tuyuq janrını ədəbiyyatımıza Qazi Bürhanəddin gətirib. Sonradan İ.Nəsimi və Ə.Nəvai bu janrı inkişaf etdiriblər. Tuyuqda misralar a.a.b.a şəklində qafiyələnir:
Hər zamanın bir nigarü-şahi var,
Hər günün günəşi, gecənin mahi var.
Oduna düşənə qalmadı qərar,
Yola çıxan kişinün Allahı var. (Q.Bürhanəddin)
Tuyuq şeirində bəzən üçüncü misra da digərləri ilə həmqafiyə ola bilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti