Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məcaz

Bədii ifadəlilik məqsədilə həqiqi mənada deyil, oxşarlığı və ya əlaqəsi olan başqa bir mənada işlədilən söz və ya ifadə.

Əşya və hadisələri birbaşa deyil, dolayısı yolla, obrazlı şəkildə ifadə etmək bədii ədəbiyyata xas olan bir cəhətdir. Bu mənada M. leksik səviyyədə olan obrazlılıqdır. Burada sözlər öz ilkin (dominant, müstəqim) mənasında deyil, hər hansı əlamətə görə onunla bağlı olan məcazi mənada işlədilir. Sözün məcazi mənası məfhumlar arasında assosiasiya üzərində qurulur. Dəmir qapı  birləşməsində dəmir sözü həqiqi, dəmir yumruq birləşməsində isə dəmir sözü “möhkəm”, “güclü” mənalarını bildirməklə məcaziləşib. Dilin tarixi inkişaf prosesində bəzən sözlərin məcazi mənaları dildə sabitləşərək çoxmənalılıq (məs.: insanın qolu, çayın qolu) yaradır. Lakin ədəbiyyatşünaslıqda M.-dan söhbət gedərkən sözün hələ lüğət ehtiyatına daxil olmamış yeni mənası nəzərdə tutulur (məs.: taleyin acı şərbətini içmək). Üslubi fiqurla yanaşı, M. da bədii ifadə vasitəsi sayılır. Bir sıra bədii ifadə vasitələri var ki, bəzi elmi mənbələrdə M.-a, digərlərində üslubi fiqura aid edilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti