ər. – geniş yol, çadırın ortasında qurulan dirək, şeir haqqında elm
Misralarda uzun saitli hecalarla qapalı hecaların müntəzəm düzülüşünə əsaslanan şeir vəzni.
Ərəb şeirində ilkin Ə. formasının təşəkkülü VI–VIII əsrlərə təsadüf edir. Bu dövrdə Ə.-un nisbətən sadə qəliblərindən (rəcəz, həzəc, rəməl) istifadə edib. VIII əsrdə Xəlil ibn Əhməd Ə.-a daha mürəkkəb çoxsaylı qəliblər əlavə edərək onu sistemləşdirib və geniş nəzəriyyəsini yaradıb. O, Ə.-un 15 bəhrini müəyyənləşdirib. Müxtəlif xalqlar sonradan Ə. vəznini zənginləşdiriblər. Hal-hazırda Ə.-un 19 bəhri məlumdur. Azərbaycan ədəbiyyatının bütün dövrlərində Ə. vəznində əsərlər yaranıb, onun, əsasən, 12 bəhrindən istifadə edilib. Ş.İ.Xətaiyə qədər yazılı ədəbiyyatımızda yalnız Ə. vəzni olub. Azərbaycan ədəbiyyatında Ə.-un tədqiqi sahəsində ədəbiyyatşünas Əkrəm Cəfərin xüsusi rolu vardır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti