rus. oбраз – görünüş
1) Ətraf aləmin, ideyaların müəyyən estetik prinsiplər əsasında bədii inikası.
Bədii yaradıcılığın ümumi kateqoriyası olan obraz romantizm və realizm, eləcə də müxtəlif ədəbi cərəyanların estetikasında fərqli şəkildə şərh olunur. Romantizmə görə, obraz reallıqdan nə qədər uzaqdırsa, bir o qədər güclü və gözəldir. Ona görə də romantiklər obrazın əsasında müəllif fərdiliyinin və subyektivizmin dayandığını iddia edirlər. Realizmdə isə, əksinə, elə hesab edilir ki, əsərdəki bədii ifadə və təsvir vasitələri obrazın obyektiv reallığa adekvatlığına mane olmamalıdır. Sürrealistlər bu ideyanı daha da inkişaf etdirirlər: “bədii həqiqət – yeddiyə vurulmuş reallıqdır”.
2) Bax: personaj.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti