İstənilən bədii obrazın əsasında duran ümumilәşdirmә vә fәrdilәşdirmәnin sintezi.
Yazıçı müşahidə etdiyi hər bir hadisəni və şəxsi olduğu kimi qələmə almaqla kifayətlənmir. Həyatda baş verən hadisələrdə, həmçinin müxtəlif insanlarda olan oxşarlıqları seçir və bir şəxsin timsalında ümumiləşdirir. C.Məmmədquluzadənin “Anamın kitabı” əsərində Rüstəm bəy, Səməd Vahid və Mirzə Məhəmmədəli qardaşları tipik obrazlardır. Onlardan biri Rusiyaya, biri İrana, digəri isə Osmanlıya meyil edən müxtəlif ziyalı şəxslərin ümumiləşmiş surətləridir. Bununla yanaşı, tipikləşdirmə zamanı xarakterin fərdiliyi ümumiləşdirməyə qurban verilməməlidir, əks halda obraz çox quru və sxematik alınar.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti