Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

minyon

fr. mignon – əziz, gözəlçə

1. Xırdaölçülü mətbəə şrifti.

M. şriftinin hündürlüyü 7 punkt (ölçü sistemindən asılı olaraq 2,46–2,63 mm) təşkil edir. Bu şriftdən ­ensiklopedik nəşrlərdə, kiçiköl­çülü kitab­lar­da, bəzən xırda qəzet elan­larında, şə­kil­altı mətnlərdə, cədvəllərdə istifadə ­olunur.

2. Kiçik formatlı kitab, yaxud musiqi albomu.

Jurnalistika terminləri lüğəti

minimal işıqlanma

lat. minimum – ən az

Obyektin keyfiyyətli fotovideoçəkilişinin aparılması üçün zəruri sayılan işıqlanma dərəcəsi, işıq enerjisi.

İnsanın gözü kameranın obyektivindən və ötürücü borusudan qat-qat həssasdır, təsviri aydın görmək üçün ona daha az işıq lazımdır. Bu səbəbdən gözlə görünən bir çox səhnələr çəkilişdə qaranlıq alınır, M.İ.-nı təmin et­mək üçün yerin dəyişdirilməsinə və ya əla­və işıq mənbəyi quraşdırılmasına eh­tiyac yaranır. Fotoqrafiyada və teleistehsalatda işıqlanma səviyyəsini ölçmək üçün eksponometr adlı cihazdan istifadə olunur.

Jurnalistika terminləri lüğəti

MMS [em-em-es] abreviatura

ing. Multimedia Messaging Service – «multimedia mesaj xidməti» sözlərinin baş hərflərindən ibarət abreviatura

Multimedia məlumatlarının (mətn, təsvir, audiovideo informasiya) mobil rabitə şəbəkələri ilə ötürülməsi sistemi.

MMS məh­dud həcmli məlumatların yalnız mobil telefona deyil, elektron poçt ünvanına da çatdırılmasını təmin edir.

Jurnalistika terminləri lüğəti

mobil rabitə

Yerlərini sərbəst şəkildə də­yişə bilən informasiya ötürücüsü və qə­buledicisi arasında simsiz çevik əlaqə.

İlk M.R. forması XIX əsrin sonu – XX əsrin əvvəlində gəmilər arasında qurulmuş ­radio əlaqəsi olub. 1946-cı ildə ABŞ-ın AT&T şirkəti və Southwestern Bell la­boratoriya­sı daha çevik mobil əlaqəni təmin edən radiotelefonların istehsalına başlayıb. ­Ağır­lığı 40 kq olan bu radiotelefonlar avto­mobillərdə quraşdırılıb. 1973-cü ildə Mo­torola şirkəti (ABŞ) dünyada ilk dəfə bilavasitə hərəkət edən insanlara mobil telefonlar vasitəsilə əlaqə yaratmaq imkanı verib. Ağırlığı 1,15 kq olan bu qur­ğular cib te­lefonlarının prototipi olub. Məhz mobil cib telefonlarının, ardınca isə internet şəbə­kə­lə­rinin yaranması jur­nalistikanın bir çox yeni sahələrinin for­malaşmasına təkan verib.

Jurnalistika terminləri lüğəti

mobil telefon

Yerlərini sərbəst şəkildə dəyişə bilən informasiya ötürücüsü və qə­buledicisi arasında simsiz çevik əlaqəni təmin edən elektron qurğu.

M.T. sə­nayesi media sənayesinin ən sürətlə inkişaf edən sahəsidir. M.T.-lar vasitəsilə hazırlanmış foto və videoreportajlardan, digər materiallardan bütün KİV geniş istifadə edir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

moderasiya

lat. moderor – azaldıram, sax­layıram

1. Hər hansı mövzuya, prob­lemə münasibətdə fərqli mövqe tutan adam­ların diskussiya xarakterli tədbir və veri­lişlərdə əvvəlcədən müəyyən­ləşdiril­miş qaydalara əməl etməsinə nəzarətin həyata ke­çiril­məsi.

2. İnternet müzaki­rələrində saytın sahibinin müəy­yən­ləş­dirdiyi standartlara əməl olunması üzə­rində nəzarətin həyata keçirilməsi.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

moderator

lat. moderor – azaldıram, sax­layıram

1. Hər hansı mövzuya, problemə münasibətdə fərqli mövqe tutan adam­ların diskussiya xarakterli tədbir və veri­lişlərdə əvvəlcədən müəyyən­ləşdiri­l­miş qaydalara əməl etməsinə nəzarəti həyata keçirən şəxs, aparıcı.

M.-un əsas vəzifəsi tərəflər arasında yaranan müba­hisəni səmərəli məcraya yönəltmək, işti­rakçılar arasında ədalətli vaxt balansını təmin etmək, çıxışçıların mövzudan uzaq­laş­ma­sına imkan verməməkdir.

2. İnternet müzakirələrində saytın sahibinin müəy­yənləşdirdiyi standartlara əməl olunması üzərində nəzarəti həyata keçirən şəxs, istifadəçi.

M. mü­za­kirəyə qoşulan bütün digər istifadəçilərdən daha geniş hüquq­lara malikdir. O, başqalarının standartlara uyğun gəlməyən məlumatlarını redaktə edə, saytdan çıxara, yaxud onların sayta girişinə məhdudiyyət qoya bilər. 

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

model

lat. modulus – nümunə, ölçü

1. Re­al prosesin, obyektin parametrlərinin qav­ranılması, asan idarə olunması, yaxud sadəcə bənzədilməsi üçün sadələşdirilmiş təsviri.

M. birbaşa studiyada, səhnədə və ya çəkiliş pavilyonunda quraşdırılır. Televiziya filmlərində onların real olmadığı əksər hallarda bilinmir.

2. Hər hansı janrda nümunəvi yazı materialına, verilişə xas olan xüsusiyyətləri özündə əks etdirən yaradıcılıq məhsulu.

Bu halda M. olaraq gös­­tərilən əsər, bir növ, qəlib, sxem rolunu oy­nayır.

Jurnalistika terminləri lüğəti

modulyasiya

lat. modulatio – ölçünü göz­ləmək, müntəzəmlik

1. Bir tonallıqdan başqasına keçid.

2. Səsin nitqə məna verən dəyişikliyi.

3. İnformasiya siqnalı daşıyan dalğa tezliyinin hər hansı parametrinin dəyişməsi.

Jurnalistika terminləri lüğəti

monitor

lat. monitor – yada salan, nəza­rətçi

1. Kompüter və ya hər hansı digər elektron qurğuya qoşulan, informasiyanı əyani nümayiş etdirmək üçün bitkin cihaz.

M. elektron avadanlıqların vizual görüntünü təmin edən hissəsidir və ekrandan, qida blokundan, idarə mexanizmindən, ­korpusdan ibarətdir. O, kompüterdən, qur­ğudan ayrı qoyula, yaxud bilavasitə onların üzə­rində quraşdırıla bilər.

2. Təsvirin key­fiy­yətinə, kadrın quruluşuna vizual nəzarət etmək üçün televiziya studiyasında, rejissor pultunda quraşdırılan videonəzarət qurğusu.

3. Monitorinqi həyata keçirən şəxs.

M. hər hansı prosesi, məlumat ­top­­­­­lusunu araşdırır, ümumiləşdirir və ­qiy­­­­­mət­ləndirir. 

4. Proqramlaşdırmada və informatikada prosesləri tənzimləyən, yoxlayan, onlara nəzarət edən müxtəlif proqramlar.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti