fr. global – ümumi < lat. globus – kürə
Geniş ərazini əhatə edən və telekommunikasiya xətləri ilə çoxlu sayda kompüteri birləşdirən şəbəkə.
Bu şəbəkəyə ingiliscə Wide Area Network – WAN deyilir və beynəlxalq aləmdə məhz WAN Q.Ş.-nin qısa adı kimi işlədilir. Q.Ş. istifadəçiyə dünyanın istənilən nöqtəsində olan digər istifadəçilərlə daimi əlaqə saxlamaq imkanı verir. Yerli şəbəkələrdən fərqli olaraq Q.Ş.-də istifadəçilərin sayı məhdudlaşdırılmır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti