Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

jurnalist mövqeyi

Jurnalistin işıqlan­dır­dığı hər hansı hadisəyə, fakta verdiyi qiy­mət, onun təsvir obyektinə münasibəti, problemə baxışı.

J.M. materialda subyektivliyin əsasını təşkil edir, ona görə də bu mövqeyin açıqlanmasının hansı halda yol­verilən, hansı halda yolverilməz olduğu barədə mübahisələr mövcuddur. Lakin ümu­mi qəbul olunmuş qaydaya görə, xə­bərlərdə J.M. bildirilməməlidir, digər janrlarda isə (köşə yazıları, esselər, oçerklər istisna olmaqla) ona mümkün qədər az yer verilməlidir. Bununla belə, nəzərə almaq lazımdır ki, J.M. materialda həm açıq su­rətdə (təbliğat, əks-təbliğat, auditoriyaya müraciət, birbaşa qiymətləndirmə), həm də qapalı formada (mövzunun, faktların, arqumentlərin xüsusi seçimi, balansın po­zulması) əksini tapa bilər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti