Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

obyektiv

lat. objectivus – obyektə aid olan

1. Fotoaparatda, videokamerada, digər optik cihazlarda təsvirin proyeksiyasını hər hansı səthə (fotomaterial, matrisa və s.) salan linza və ya linzalar dəstindən, bəzən güzgülərdən ibarət qurğu.

O. çəkiliş ­ava­dan­lığında təsvirin keyfiyyətinin bir­başa asılı olduğu ən mühüm və mü­rək­kəb ­his­s­ə­lərdəndir. Onların portret ­­­O.-i (por­tretlərin çəkilişi üçün), mak­roobyektiv (iriöl­çülü obyektlərin çox yaxından çəkilişi üçün), uzunfokuslu O. (uzaqdan çəkiliş üçün), qısa­fokuslu O. (çəkiliş bucağını ge­niş­lən­dir­mək üçün) və bu kimi növləri var.

2. Obyektivlik nümayiş etdirən, qərəzli olmayan; məs.: obyektiv fikir.

Jurnalistika terminləri lüğəti