Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

yaradıcılıq

Unikallığı ilə seçilən maddi və mənəvi sərvətlər yaratmağa yönəldilmiş insan fəaliyyəti.

Məhz unikallıq Y.-ı digər maddi və mənəvi sərvətlər istehsal edən fəaliyyət formalarından fərqləndirir. Y.-ın psixoloji (proses) və fəlsəfi (mahiyyət) as­pektləri var, onların öyrənilməsi ilə bu iki elm sahəsi ilə yanaşı, bir çox başqa elm­lər (ədəbiyyatşünaslıq, dilçilik, jurnalistika, mədəniyyətşünaslıq və s.) də məşğul olur. Jur­nalist Y.-nın digər Y. növlərindən (ədə­biy­yat, təsviri incəsənət və s.) başlıca fərqi onun eyni zamanda həm fərdi, həm də kol­lektiv başlanğıca malik olmasıdır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti