alm. punktum – nöqtə
1. Mətbəə şriftinin ölçü vahidi.
Bu vahid kəmiyyətcə bütün ölkələrdə eyni deyil. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq olunan sistemdə 1 P. 0,376 mm-ə bərabərdir. Kompüter yığımında isə, əsasən, P.-un Adobe kompaniyası tərəfindən təklif olunmuş ölçüsündən istifadə edilir (0,3528 mm).
2. Qəzetlərin, jurnalların və s.-nin səhifələnməsi zamanı onlara xüsusi görünüş vermək, mətnləri bir-birindən ayırmaq, yaxud haşiyələmək üçün istifadə olunan xətlərin qalınlığının ölçü vahidi.
Bu vahid kəmiyyətcə bütün ölkələrdə eyni deyil, müxtəlif poliqrafiya sistemlərində fərqlənir.
Jurnalistika terminləri lüğəti