fr. genre – növ, tərz
Yaradıcı sənət sahələrində gerçəkliyi ifadə etməyin tarixən formalaşmış və təkrarlanan, özəl əlamətlərə malik növlərə bölgü sistemi.
J.-ı formalaşdıran əlamətlər janryaradıcı amillər adlanır. Ədəbiyyatda bu əlamətlərə süjet, kompozisiya, üslub, istifadə olunan nitq forması, əsərin ölçüsü və s. aid edilir. Müasir jurnalistika nəzəriyyəsində isə janryaradıcı amillər üç qrupa bölünür:
a. Məqsəd (əsas hədəf).
b. Təsvirin obyekti.
c. Təsvir metodu.
Sovet nəzəriyyəçiləri jurnalistika J.-larını da bu amillər əsasında üç yerə ayırırdılar: informativ, analitik və bədii-publisistik. Həmin bölgü sistemi bir sıra postsovet ölkələrində saxlanılır. Lakin Qərb elmi fikri jurnalistika üçün “bədii-publisistik” anlayışını qəbul etmir, bölgünü jurnalistikanın fəlsəfəsinə uyğun olaraq bu şəkildə aparır: xəbər (informativ), analiz (analitik) və rəy (fikir) bildirən J.-lar.
Həmçinin bax: