Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kadr

fr. cadre – sağanaq, çərçivə

1. Fotoqrafiyada: çəkiliş obyektinin lent, kağız, digər maddi daşıyıcı üzərində həkk olun­muş təsviri.

K.-ın sərhədi çəkiliş vaxtı müəyyənləşdirilir, lakin onun çapa ha­zırlanması və çapı zamanı dəyişdirilə bilir.

2. Televiziyada: çəkiliş obyektinin statik vəziyyətinin, yaxud onun hərəkətinin hər anının lent, rəqəmsal informasiya daşıyıcısı üzərində əksi.

Videosıranın hər fraqmenti ayrıca kadr təşkil edir. 

3. Televiziya ekranında: birdəfəlik tam görüntü. □ Əs­lində, izləyicinin ekranda vahid K. kimi qav­radığı fraqment özü ayrı-ayrı kadrların təkrarından ibarət olur. 

4. Montajda: lentin, yaxud vide­o­yazının bir montaj parçasından digər montaj parçasına qədər olan hissəsi.

Montaj K.-ı faktik olaraq kameranın hər dəfə işə salındığı andan dayandırıldığı vaxta qədər çəkilən səhnədir, filmin, veri­lişin müəyyən məzmuna malik elementar hissəsidir. Mon­tajçının vəzifəsi isə onları rejissor ssenarisi əsasında bir-birinə ca­lamaqdır. 

5. Sse­na­ridə: hər çəkiliş səhnə­sinin ətraflı təsviri.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti