lat. discussio – nəzərdən keçirmə, araşdırma
Mübahisəli, yaxud müxtəlif həll variantları olan çətin məsələnin ümumi müzakirəsi.
D. açıq, çox zaman medianı cəlb etməklə aparılır. O, konkret tezis ətrafında qurulmur, mövzuya, problemə aid olur. Polemikadan və debatdan fərqli olaraq D.-nın məqsədi qarşı tərəf üzərində qələbə qazanmaq deyil. D. nəticəsində həqiqət aşkarlananda, hər hansı problemin optimal, əsaslandırılmış həlli variantı tapılanda bu, bütün iştirakçı tərəflərin uğuru kimi qiymətləndirilir və nəticədən birgə istifadə edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti