Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

forma

lat. forma – görünüş, zahiri görkəm

1. Mətbəə üsulu ilə yığılmış mətnin, klişelərin yerləşdirildiyi çərçivə, habelə bu çərçivəyə salınmış mətn və klişelər.

F.-dan mətbəədə kitab, qəzet, jurnal və s. çap məhsullarının səhifələrini hazırlamaq üçün istifadə edilir.

2. Sözün ifadə, deyiliş tərzi; məs.: sözü yumşaq formada demək. 

3. Ədə­biyyat və incəsənət əsərlərinin, jurna­list materiallarının, teleradio ve­ri­lişlərinin məzmununu ifadə ­et­­mək üçün yaradılmış struktur, biçim, əsər­­lərdə fakt­ların, kadrların, digər ­ele­­­mentlərin mü­əyyən ardıcıllıqla düzü­lüşü.

Hər sənət növünün özünəməxsus ifa­­də F.-ları var: rəssamlıqda – kolorit, rəng; qrafikada – cizgi; musiqidə – me­lodiya və s. Bununla yanaşı, müxtəlif yaradıcılıq növ­ləri üçün ümumi olan F. ünsürləri də möv­cuddur: kompozisiya, süjet, fabula və s. F. həmişə əsərin məzmunundan asılı olur: məz­mundan kənarda F. mövcud deyil. La­kin nəyin F.-ya, nəyinsə məzmuna aid edil­məsi fəlsəfədə hələ də ciddi müzakirə möv­zularından biridir. Müx­təlif fəlsəfi tə­lim­lərdə (metafizika, məntiq, estetika, eti­ka) F. anlayışının izahı fərqlənir. Məhz buna görə dünyanın ən mükəmməl lüğət və ­en­siklopediyalarında (Oksford, Kembric, Mer­riam-Webster, Britannica və s.) F. termininin fərqli izah­larına (üslub, dizayn, uzlaşma, hətta janr) rast gəlinir.

Jurnalistika terminləri lüğəti