Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

baş məqalə

1. Qəzet və ya jurnalda baş re­daktor, yaxud redaksiyanın səlahiyyət ver­diyi şəxs tərəfindən yazılmış xüsusi rəy məzmunlu məqalə.

B.M.-lərə cəmiy­yət­də yüksək nüfuza və ictimai rəyə təsir gücünə malik qəzetlərdə, partiya mət­bua­tında daha çox rast gəlinir. Əksər hallarda onlar “rəy” sözü ilə işarələnir. Adətən, B.M. mühüm bir məsələ haqqında redak­siyanın rəyini nəşrin oxucularına çat­dır­maq üçün verilir. 

2. Qəzetdə, jurnalda diqqəti ən çox cəlb edən yazı. Belə yazı çox vaxt sensasion xəbərdən, yaxud jurnalist araş­dırmasından ibarət olur, nəşrin konkret buraxılışının populyarlığını şərtləndirir, satışını stimul­laşdırır. Buraxılışın əsas ma­terialı olduğu üçün qəzet jurnalistikasında ona «mismar» da deyilir.  

See also:

Jurnalistika terminləri lüğəti