lat. objectum – predmet
Hadisələrin emosiyalara uymadan, qərəzsiz, faktların rəylərdən fərqləndirilərək işıqlandırılmasını tələb edən prinsip.
O. jurnalistikanın əsas prinsiplərindən biridir. Jurnalistin peşə etikasının beynəlxalq prinsiplərində (YUNESKO, 1983) deyilir: «Jurnalistin ən ümdə vəzifəsi obyektiv reallığı vicdanla əks etdirərək insanlara həqiqi və düzgün informasiya verilməsinə zəmanət yaratmaqdır». Azərbaycan jurnalistlərinin qurultayında qəbul olunmuş peşə davranışı qaydalarının ilk cümləsi də bu haqdadır: «Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, O. isə əsas peşəkarlıq meyarıdır».
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti