Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kamera

yun. kamara – günbəz, günbəzli otaq

1. Çəkiliş aparatı; məs.: kinoka­mera, telekamera, veb-kamera. 

2. Hər han­sı cihazın, maşının, qurğunun daxilində konkret funksiya yerinə yetirən qapalı boş­luq; məs.: fotoaparatın kamerası.

Adə­tən, K.-dan işıq selinin qarşısını almaq, yaxud onu idarə etmək üçün istifadə olu­nur. 

3. İşıq düşməyən, səs keçirməyən kiçik otaq.

K.-dan teleradio verilişləri is­teh­salında və yayımında xüsusi effektlər (mə­s.: əks-səda) yaratmaq üçün isti­fadə edilir.

Jurnalistika terminləri lüğəti