Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

reklam bloku

1. Teleradio yayımında ­proqramlar (verilişlər), filmlərin nümayişi zamanı, yaxud onlar arasında fasilələrdə birdəfəyə verilən reklamların cəmi.

R.B.-larının yerləşdirilməsi qaydaları qanun­vericiliklə müəyyənləşdirilir. Həmin qay­­­­­da­lara görə, müstəqil hissələrdən iba­rət teleradio proqramlarında, idman veri­liş­lərində, fasi­lələrlə gedən tədbirlərin və tamaşaların yayımında reklam yalnız bu hissələrin ara­sında, ya da fasilələrdə blok şəklində verilə bilər; ayrıca verilişlərdə bir R.B.-nun sonu ilə növbəti R.B.-nun əvvəli arasındakı ­za­man kəsiyi 15 dəqiqədən az olmamalıdır və s.

2. Dövlət tədbirləri, ölkənin ali vəzifəli şəxs­lərinin çıxışları, habelə xə­bər proq­ramları, dini və uşaqlar üçün verilişlər, həm­çinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, siyasi ve­rilişlər, sə­nədli filmlər isə R.B. ilə kəsilə bilməz.

Jurnalistika terminləri lüğəti