Epik və ya dramatik əsərin sonluğu, yekun hissəsi.
Əsərin finalı açılma və ya epiloqla (əgər varsa) üst-üstə düşə bilər. Lakin nəzərə almaq lazımdır ki, epiloqun əsərdəki hadisələrlə bağlılığı zəif olur. Ona görə də bir sıra əsərlərdə açılmadan sonra hadisələrə münasibət bildirilən hissə epiloq deyil, final sayılır. Məsələn, S.Vurğunun “Vaqif” pyesində Qacarın öldürülməsi və Vaqifin zindandan azad olması əsərin açılma hissəsidirsə, baş qəhrəmanın Vidadiyə xitabən şeir deməsi finaldır. Personajların gələcək taleyi ilə bağlı epiloq isə final sayılmır, çünki onun süjetdəki hadisələrlə əlaqəsi zəif olur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. flexio – əyilmə, keçmə
Flektiv dillərdə sözün daxildən dəyişməsi nəticəsində leksik mənanın və qrammatik formanın dəyişilməsi.
Fleksiyanın iki növü var: xarici fleksiya, daxili fleksiya. Xarici fleksiyada sözün içində deyil, sonunda şəkilçidən istifadə olunmadan səs dəyişikliyi ilə mənanın dəyişilməsi nəzərdə tutulur. Rus dilində xarici fleksiyaya nümunə olaraq “книга, книги, книге, книгу, книгой, (о) книге” göstərmək mümkündür. Daxili fleksiya isə, adından da göründüyü kimi, sözün daxilində baş verir. Bu dəyişilmə fonetik hadisə deyil, dilin qrammatik qanunauyğunluğu şəklində izlənilir. Dilimizə ərəb dilindən keçmiş “dərk”, “idrak”, “dərrakə”, “müdrik” sözlərində daxili fleksiya var. Həmin sözlər Azərbaycan dilinin lüğət tərkibində müstəqil leksik vahidlər kimi mövcuddur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTipoloji (morfoloji) quruluşuna görə dünya dil qruplarından biri: sözün daxildən dəyişməsi nəticəsində yeni sözlərin və ya qrammatik formaların yarandığı dillər.
Hind-Avropa dilləri (alman, rus, ingilis, ispan, italyan, ərəb və s.) flektiv dillərə aiddir. Flektiv dillərdə sözün fleksiya şəklində dəyişməsi təkcə leksik mənanın deyil, həm də qrammatik kateqoriyaların (cəm, hal, cins və s.) dəyişməsinə gətirib çıxara bilər. Dilimizə müxtəlif flektiv dillərdən (əsasən, ərəb, fars dillərindən) müxtəlif fleksiya dəyişikliyinə uğramış sözlər daxil olub: hasar, mühasirə, xərc, xaric, ixrac, məxaric və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXalq yaradıcılığının məhsulu olan ədəbi mətnlər və musiqi əsərləri məcmusu; şifahi xalq ədəbiyyatı.
Folklor milli ədəbiyyatın başlanğıcı, onun qaynağıdır. İlk folklor nümunələrində, əsasən, insanların məşğuliyyəti, əmək prosesi, ətraf aləmin dərk edilməsi öz əksini tapırdı. Bu nümunələr sinkretik olub musiqi, rəqs, mimika ilə sıx bağlı idi. Bəşər sivilizasiyasının inkişafı ilə folklor da forma və məzmun baxımından uzun bir təkamül yolu keçdi, onun bir çox nümunələri əsrlərboyu cilalanaraq bu günümüzə gəlib çatdı. Folklor özündə ədəbiyyatın bütün növlərinə aid (lirik, epik, dramatik) olan janrları əks etdirir. Lirik növə sayaçı sözləri, holavarlar, nəğmə, bayatı, qoşma, gəraylı və s., epik növə nağıl, rəvayət, əfsanə, dastan, lətifə və s., dramatik növə şəbih, meydan tamaşaları və s. janrlar daxildir. Folkloru yazılı ədəbiyyatdan fərqləndirən əsas cəhətlər bunlardır: şifahilik – müəllifin dinləyici ilə birbaşa təması, sözlə musiqi və rəqs elementlərinin vəhdəti, kollektiv müəlliflik, çoxvariantlılıq və s. Aşıq ədəbiyyatı folklorun xüsusi qoludur, şifahi ədəbiyyatdan yazılı ədəbiyyata meyilli bədii yaradıcılıq sahəsidir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFolkloru (şifahi xalq yaradıcılığını) öyrənən elm sahəsi.
Xalq yaradıcılığı nümunələrinin toplanması, nəşri və tədqiqi ilə məşğul olan folklorşünaslığı ədəbiyyatşünaslıq və musiqişünaslıq elmlərinin ortaq sahəsi hesab etmək olar. Folklorşünaslıqda xalq yaradıcılığının (şifahi ədəbiyyat, musiqi, rəqs folkloru və s.) spesifikası, ayrı-ayrı tarixi inkişaf mərhələləri, milli özünəməxsusluğu, folklorun yazılı ədəbiyyat, musiqi, rəqs və s. incəsənət sahələri, başqa xalqların folkloru ilə qarşılıqlı əlaqələri və s. problemlər araşdırılır. Avropada xalq yaradıcılığına elmi maraq XVIII əsrdən başlayıb. XX əsrdə Azərbaycan folklorşünaslığının inkişafında Firidun bəy Köçərli, Salman Mümtaz, Vəli Xuluflu, Hənəfi Zeynallı, Həmid Araslı, Məhəmməd Hüseyn Təhmasib, Azad Nəbiyev və b.-nın böyük rolu olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözün müvafiq səs və hərf tərkibini, heca, vurğu məsələlərini, ahəng qanununun pozulub-pozulmadığını müəyyənləşdirmə.
Sözün fonetik təhlili onun səs tərkibi əsasında aparılır. Heca sayı və vurğunun yeri isə sözün hərf tərkibi əsasında müəyyənləşdirilir. Məsələn:
Aidiyyət [a:yidiyət]
8 hərf var: (a, i, d, i, y, y, a, t)
8 səs var: [a:], [y], [i], [d], [i], [y], [ə], [t]
Vurğu sonuncu, dördüncü hecanın üzərinə düşür.
Hecalara a-i-diy-yət şəklində bölünür.
Ahəng qanunu pozulmuşdur.
[a:] – qalın, açıq, dodaqlanmayan saitdir.
[y] – cingiltili samitdir, kar qarşılığı [x`] samitidir.
[i] – incə, qapalı, dodaqlanmayan saitdir.
[d] – cingiltili samitdir, kar qarşılığı [t] samitidir.
[i] – incə, qapalı, dodaqlanmayan saitdir.
[y] – cingiltili samitdir, kar qarşılığı [x`] samitidir.
[ə] – incə, açıq, dodaqlanmayan saitdir.
[t] – kar samitdir, cingiltili qarşılığı [d] samitidir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMənası tərkibindəki sözlərlə birbaşa əlaqələnməyən sabit söz birləşməsi; idiom.
Məcazi məna kəsb edən frazeoloji birləşmə nitqin emosionallığını, obrazlılıq və ifadəliliyini artıran təsirli vasitələrdən biridir. Sərbəst söz birləşməsindən fərqli olaraq frazeoloji birləşmə sintaktik deyil, leksik vahiddir və cümlənin bir üzvü kimi çıxış edir. Dilimizdəki frazeoloji birləşmələrin əksəriyyəti feili birləşmələrdir: baş sındırmaq, gözü doymamaq və s. Lakin isim (ağıl dəryası), sifət (aydan arı, sudan duru), zərf (bir göz qırpımında) məqamında işlənən frazeoloji birləşmələr də var. Hər bir dilin frazeoloji birləşmələri o dilin incəliklərini və zənginliyini əks etdirir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏdəbi dilin normalarını ehtiva edən üslublar məcmusu.
Funksional üslublar bunlardır: bədii üslub, elmi üslub, publisistik üslub, rəsmi-işgüzar üslub, məişət üslubu. Bu üslubların hər biri ədəbi dilin fonetik, leksik və qrammatik normalarına tabedir. Üslub daşıyıcıları (yazıçı, jurnalist, alim, müəllim və b.) həmin normalara əməl etməlidirlər. Hər üslubda həm bütün üslublar üçün ümumi olan ədəbi dil normaları, həm də yalnız o üslub üçün əlamətdar olan xüsusi normalar müəyyənləşmişdir. Məsələn, ədəbi dilin bütün funksional üslublarında hər bir söz eyni cür yazılır və tələffüz edilir. Mətnin intonasiyasından və məqsədindən asılı olaraq bütün üslublarda eyni durğu işarəsindən istifadə olunur. Lakin inversiya və ədəbi dilin lüğət fonduna daxil edilməyən bir qrup sözlər, əsasən, bədii üslub; terminlər, şərti işarələr, formullar elmi üslub; standart formalar rəsmi-işgüzar üslub üçün xarakterikdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTərkibində baş üzvlərdən başqa ikincidərəcəli üzvlərin də (biri və ya bir neçəsi) iştirak etdiyi cümlə.
Nümunə: Kişinin yanaqlarında, gözlərində qızartı sezdi (B.Bayramov). Dədə bəy bişirdikləri qoyunun budunu dişinə çəkirdi (F.Kərimzadə).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİş və hərəkətin gələcəkdə icra ediləcəyini (və ya edilməyəcəyini) bildirən zaman forması.
Gələcək zaman iki cür olur: qəti gələcək zaman -acaq2 şəkilçisi ilə düzəlir: biləcək, başlayacaq; qeyri-qəti gələcək zaman -ar2 şəkilçisi ilə düzəlir: bilər, başlayar.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti