Əkinçiliklə bağlı cütçülər tərəfindən oxunan əmək nəğmələri.
Çox qədim dövrlərdə yaranmış nəğmələrdir. Holavarlar, əsasən, a.a.b.a şəklində qafiyələnir və dörd misradan ibarət olur. Hər misrası 7 hecalı olmaqla bəzən 3-4, bəzən də 4-3 bölgüsündə olur. Bu nəğmələr, adətən, öküz, kəl kimi heyvanlara müraciətlə oxunur:
Öküz, öküz, xan öküz,
Boynu qızıl qan öküz,
Çək çayırı çəməndən,
Sənə qurban can öküz.
Bəzi holavarlarda cüt, hodaq, mac kimi əkinçilik alətlərinin də adı çəkilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti